Göyçay sakini bədbəxt hadisənin qurbanı olub.
Sitat.info xəbər verir ki, dekabrın 21-i Göyçay şəhərində yaşayan Lalə İsgəndər qızı Mirzəliyeva evinin həyətində yerləşən hamamda dəm qazından boğulub.
56 yaşlı qadının meyitini yaxınları aşkar edib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.