Pakistanı kim və niyə qarışdırır?

11:22 7 Fevral 2022

"Ötən həftə Pakistanda Bəlucistan əyalətində ordu postlarıan hücum nəticəsində rəsmi rəqəmlərə görə 4 əsgər öldürülüb, 11 hərbçi yaralanıb.

Ancaq hücumu həyata keçirən "Bəlucistan Azadlıq Ordusu" adlı qruplaşma Telegram səhifəsində 80 pakistanlı hərbçini öldürdüyünü yazıb . Yanvarın 28-də isə 10 hərbçinin öldürülüməsi xəbəri yayılmışdı".

SİTAT.İNFO xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Rövşənoğlu yazıb.

Onun sözlərinə görə, bu gün də Pakistan Talibanı Əfqanıstan ərazisindən hücum edərək 5 Pakistan hərbçisini qətlə yetirib: "Pakistan ordusunun cavab əməliyyatları nəticəsində onlarla terrorçu öldürülüb.

Bir Pakistan təhlükəsizlik rəsmisi isə mediaya bildirib ki, bu hücumların səbəbi baş nazir İmran Xanın Çinə planlaşdırılan səfərinə mane olmaqdır. Bu açıqlama blef də ola bilər. Amma həm Bəlucistanda  baş verənlər , həm də Talibanın fəallaşması göstərir ki, Pakistan hansısa qüdrətli rəqibini "incidib".



Xəbər xətti