Ölənlərin sayını artırmaq üçün çox çalışsalar da, cəmi yüzlərlədir. Dəqiq rəqəm çox tezliklə, bəlkə də bu gecə açıqlanacaq. Dedikləri rəqəmlər şişirtmədir. Bu, dezinformasiya kampaniyasıdır.
Sitat.info xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı “Foks Nyus”a müsahibəsində deyib.
“İranda dörd gündür ki, hər şey sakitdir. Heç bir nümayiş, iğtişaş yoxdur, heç nə yoxdur. Xamenei yaxşı işlər görür. Ölkəyə tam nəzarət edir. Xalq onu dəstəkləyir.
Tramp iyun ayında bizə hücum edərkən diplomatiyaya qarşı olduğunu sübut etdi və indi də ünsiyyəti kəsmək qərarına gəldi. Əgər anlaşmanı təşviq etmək və əslində nələrin baş verdiyini anlamaq üçün hər hansı bir real maraq varsa, o onu müharibəyə sürükləmək istəyənlərin verdiyi dezinformasiyaya deyil, reallıqlara diqqət yetirməlidir”, - Arakçı bildirib.