Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaqla bağlı rəsmi göstəriş verib.
Sitat.info xəbər verir ki, bu barədə SEPAH-a yaxın “Fars News” agentliyi hökumətdəki mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, prezident nüvə məsələsi üzrə danışıqlar prosesinin başlanması ilə bağlı tapşırıq verib və İran tərəfi ABŞ ilə nüvə proqramı çərçivəsində müzakirələr aparmağa hazırdır.
Hökumət mənbəsi qeyd edib ki, Amerika tərəfi ilə ilkin təmaslar yaxın günlərdə Türkiyədə baş tuta bilər.
Eyni zamanda, görüşün ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof və İranın xarici işlər naziri Abbas Əraqçı arasında keçiriləcəyi ehtimalı var.
Məğrur,
Sitat.info