Pakistanda yaşayış binasında partlayış: 13 nəfər öldü

11:12 19 Fevral 2026

Pakistanın Karaçi şəhərində bir mənzil binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində dördü uşaq olmaqla 13 nəfər ölüb, 14 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, partlayış Karaçi şəhərində üçmərtəbəli mənzil binasının birinci mərtəbəsində baş verib.

Binanın bir hissəsi çöküb, ilkin məlumatlara görə, dördü uşaq olmaqla 13 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.

Hadisə yerinə göndərilən axtarış-xilasetmə qrupları dağıntılar altından bəzi insanları xilas edib.

Dağıntılar altında hələ də qaldığı güman edilən iki nəfərin axtarış-xilasetmə işləri davam edir.

Aytac,

Sitat.info



Xəbər xətti