SON DƏQİQƏ! ABŞ bütün hərbçilərini Suriyadan çıxarır

11:40 19 Fevral 2026

 

ABŞ ordusunun Suriyada qalan təxminən 1000 hərbçisini iki ay ərzində tamamilə çıxarmağı planlaşdırdığı bildirilir.

Sitat.info xəbər verir ki, bu barədə The Wall Street Journal üç ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon Suriyadakı hərbi kontingentin tam çıxarılmasını hədəfləyir. Proses başa çatdıqdan sonra ABŞ-ın təxminən 10 ildir davam edən hərbi mövcudluğu sona çatacaq.

Rəsmilər bildiriblər ki, ABŞ ordusu artıq Suriya-İordaniya-İraq sərhədində yerləşən Tanef qarnizonundan və ölkənin şimal-şərqindəki Şəddadi hava bazasından çıxarılmanı tamamlayıb.

Qeyd olunur ki, qərar YPG-nin demək olar ki, tam parçalanması və Suriyada hərbi mövcudluğa ehtiyacın azalması ilə əlaqələndirilir. Eyni zamanda, Donald Trump administrasiyasının Suriya Prezidenti Əhməd Şara hökuməti ilə daha yaxın diplomatik münasibətlər qurmağı planlaşdırdığı vurğulanır.

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack isə daha əvvəl İŞİD-lə mübarizə missiyasının 99%-nin yerinə yetirildiyini və bazaların sayının 8-dən 3-ə, gələcəkdə isə 1-ə endiriləcəyini açıqlamışdı.

Aytac,

Sitat.info 



Xəbər xətti