Çin İranın müdafiə qabiliyyətlərini gücləndirir

12:16 26 Fevral 2026

Çin mümkün ABŞ-İsrail hücumu ehtimalı fonunda İranın müdafiə imkanlarını gücləndirmək üçün addımlar atır.

Sitat.info xəbər verir ki, bu barədə “The National Interest” nəşri məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Pekin silah tədarükü, kəşfiyyat məlumatlarının ötürülməsi və texnoloji sistemlərin dəstəklənməsi vasitəsilə Tehrana kömək edir. Qeyd olunur ki, bu addımlar Çin və İran arasında strateji tərəfdaşlığın qorunmasına, 400 milyard dollarlıq 25 illik əməkdaşlıq sazişi kimi həyata keçirilir.

Bildirilir ki, İran artıq Çinin BeiDou peyk naviqasiya sistemini tətbiq edib, ABŞ və İsrail proqram təminatını Çin alternativləri ilə əvəzləyib. Həmçinin uzun mənzilli radar sistemləri və HQ-9B yer-hava raket komplekslərinin yerləşdirildiyi qeyd olunur.

Məlumata görə, gərginlik fonunda Pekin birbaşa hərbi müdaxilə planlaşdırmır. Çin daha çox “aşağı intensivlikli” əks tədbirlərə üstünlük verir.

Tehran,

Sitat.info



Xəbər xətti