İran səfirinin deportasiya əmrinə baxmayaraq Beyrutda qalacağını bildirili.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyi bildirib ki, səfir Livanın onun ölkədən çıxması əmrinə məhəl qoymadan Beyrutda işləməyə davam edəcək.
Livan Xarici İşlər Nazirliyi ötən həftə İranın səfir təyin etdiyi Məhəmməd Rza Şibaninin akkreditasiyasını geri götürərək onu persona non qrata elan edib və ona 29 marta qədər ölkəni tərk etməyi tapşırıb.
Nigar,
Sitat.info