Putin: İrandakı hadisələr artıq enerji bazarlarına təsir edib

11:43 1 Aprel 2026

"Yaxın Şərqdəki münaqişə enerji bazarlarına birbaşa təsir göstərir".

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Nəqliyyat və Logistika Forumunun iştirakçılarına video müraciətində bildirib.

O qeyd edib ki, resurs təchizatının təhlükəsizliyi həlledici amilə çevrilir.

Rusiya lideri hesab edir ki, İrandakı hadisələr artıq enerji bazarlarına və Hörmüz boğazından neft və qazın daşınmasına birbaşa təsir göstərir: "Getdikcə daha çox ölkə və şirkət yalnız nəqliyyatın sürəti və dəyəri ilə məhdudlaşmır: həlledici amil böhranlara, hərbi münaqişələrə və digər xarici risklərə daha az həssas olan nəqliyyat marşrutlarının və təchizat zəncirlərinin təhlükəsizliyi və sabitliyidir".

Nigar,

Sitat.info



Xəbər xətti