Bu gün ABŞ prezidenti Donald Tramp İranın atəşkəs üçün irəli sürdüyü 10 bəndlik şərtlərlə bağlı açıqlama verib.
Sitat.info xəbər verir ki, o, “Truth Social” platformasında paylaşım edib.
Tramp bildirib ki, ABŞ İranla sıx əməkdaşlıq edəcək:" “Biz İranın müsbət mənada bir rejim dəyişikliyindən keçdiyini müəyyən etdik. Uranın zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birlikdə işləyərək dərinlərə basdırılmış bütün nüvə "tozunu" qazıb təmizləyəcək. Biz İranla tarif və sanksiyaların yüngülləşdirilməsi barədə müzakirələr aparırıq. 15 bəndin çoxu artıq razılaşdırılıb”, - deyə, Tramp vurğulayıb.
Tehran,
Sitat.info