Tramp Netanyahuya Livanla bağlı zəng etdi: "Bir az daha sakit olmalıyıq"

09:40 10 Aprel 2026

ABŞ Prezidenti Donald Tramp Amerika mətbuatına ABŞ-İran arasında müvəqqəti atəşkəs razılaşması və İsrailin Livana hücumları ilə bağlı şərh verib.

Sitat.info xəbər verir ki, dünən İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığına toxunan Tramp deyib: "Mən Bibi ilə danışdım və o, vəziyyəti bir az sakitləşdirməyə çalışacaq. Düşünürəm ki, bir az daha sakit olmalıyıq".

Regionda gərginliyin azaldılmasının atəşkəs razılaşması üçün vacib olduğunu vurğulayan Tramp, İsrailin bu gündən etibarən Livana hücumlarını "azaltdığını" iddia edib.

Tramp həmçinin ABŞ ilə İran arasında müvəqqəti atəşkəs razılaşması ilə bağlı da şərh verib. Atəşkəs razılaşması ilə bağlı nikbinliyini və onun həyata keçiriləcəyinə inandığını bildirən Tramp deyib: "İran liderləri görüşlərdə mətbuata etdiklərindən çox fərqli danışırlar. Onlar daha məntiqli davranırlar. Razılaşmalı olduqları hər şeyə razıdırlar. Unutmayın ki, hazırda onların hərbi gücü yoxdur".

Nigar,

Sitat.info

 



Xəbər xətti