Bu meyvə bahalaşdı - Yeşiyi 70 manat oldu...

14:55 20 Aprel 2026

Bazarlarda və marketlərdə banan bahalaşıb.

Bu barədə "Sitat.info"ya satıcılar məlumat veriblər.

Bildiriblər ki, bananın kiloqramı 4 manat olub: "Bu gündən banan bahalaşdı. Çünki, topdan satışda da qiymət artımı var. Əvəllər bir yeşiyini 55-60 manata alırdıqsa, indi 70 manata alırıq.

Belə olan halda kiloqramını baha satmağa məcbur oluruq. Hazırda bazarda bananın 1 kiloqramı 3.80-4 manat civarındadır".

Səid,

Sitat.info



Xəbər xətti