Ölümün altında həyat: Abşeronda şok mənzərə – VİDEO

21:59 4 May 2026

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik xətlərinin altı və yaxınlığında yaşayış evlərinin inşa edilməsi ciddi narahatlıq doğurur.

 Məlumdur ki, tikinti normalarına əsasən yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında torpaq satışı və yaşayış evlərinin tikintisi qadağandır. Buna baxmayaraq,  həmin ərazilərdə torpaq sahələri satılır  evlər  və obyektlər tikilir.

Elektrik xətlərindən yayılan elektromaqnit sahələrinin insan sağlamlığına mənfi təsir göstərdiyi hamıya məlumdur.

Xatırlayırsınızsa, ötən həftə Xırdalan şəhərində də oxşar vəziyyət müşahidə olundu. Belə ki, yüksək gərginlikli elektrik xətlərinin altında tikilmiş evlər dəhşət saçırdı. Ən fəhşətlisi isə evlərə çıxarışların veriməsi halı idi.

Bəs, bu ağır məsulliyəti kim daşıyır?

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sorğumuza cavab olaraq bu tikililərin 15-20 il öncə inşa olunduğunu bildirildi. 

Sitat.info-nun əməkdaşı Qobu qəsəbəsində yüksək gərginlik xətlərin altında olan evləri lentə alıb.

Həmin videonu təqdim edirik:

 

@sitat.info

Abşeronda yüksək gərginlikli xətlərin altında evlər… ♬ Boundless Worship - Josué Novais Piano Worship




Xəbər xətti