HƏMAS rəsmisi Basim Naim bildirib ki, təşkilatın Qəzza üzrə rəhbəri Xəlil Əl-Həyyanın oğlu Əzzam Əl-Həyya İsrailin hava hücumu zamanı aldığı yaralardan həyatını itirib.
Sitat.info Reuters-ə istinadən xəbər verir ki, Əzzam Əl-Həyya çərşənbə axşamı baş verən hücumdan sonra cümə axşamı dünyasını dəyişib. Bu, İsrail hücumları nəticəsində Xəlil Əl-Həyyanın ölən dördüncü oğludur.
Yeddi uşağı olan Həyya İsrailin onu öldürmək üçün etdiyi bir neçə cəhddən sağ çıxıb. Keçən il Dohada HƏMAS rəhbərliyini hədəf alan İsrail hücumu nəticəsində oğlu ölüb, Həyya isə sağ qalıb. Digər iki oğlu isə 2008 və 2014-cü illərdə İsrailin Qəzza hücumlarında öldürülüb. Çərşənbə axşamı hücumdan sonra, oğlunun ölümü elan edilməzdən əvvəl Əl-Cəzirəyə danışan Hayya İsraili Qəzza ilə bağlı vasitəçilərin təşəbbüslərinə mane olmaqda ittiham edib.
Aytac,
Sitat.info