Fransada Cefferi Epsteyn ilə bağlı aparılan istintaqda yeni qurbanların müəyyən edildiyi açıqlanıb.
Sitat.info xəbər verir ki, istintaq daha 20 qurban müəyyən edib.
Xatırladaq ki, yetkinlik yaşına çatmayan qızların cinsi istismarı və insan alveri ittihamları ilə gündəmə gələn Epstein həbsdə ölü tapılmışdı.
Paris prokuroru Laure Bekau bildirib ki, ABŞ-də yayımlanan 3 milyondan çox sənəd əsasında Fransada aparılan “insan alveri” istintaqında 20 qurban müəyyən olunub. Onlardan 10-u əvvəllər məlum olmayan şəxslərdir.
Prokurorun sözlərinə görə, qurbanların bir hissəsi Epstein sənədlərində adı keçən keçmiş model agentliyi rəhbərləri Jean-Luc Brunel və Gerald Marie ilə əlaqəlidir. Bəzi şəxslər xaricdə olduğu üçün Fransa beynəlxalq hüquqi yardım istəyib.
Aytac,
Sitat.info