Alıcılar piştaxtaların önündə şok yaşayır: Bahalaşma 50-60 faizin üzərində.. ARAŞDIRMA, FOTOLAR

18:18 8 Fevral 2022

Hökumət qərar verdi və vətəndaşların əmək haqları, eləcə də pensiyaları ötənilki nominal orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirildi. Lakin bu artım heç də bahalaşma səbəbindən əhalinin gəlirlərinə dəyən ziyanın kompensasiyaslı üçün yetərli deyil.
SİTAT.İNFO-nun əməkdaşı son aylardakı bahalaşma tendensiyasını araşdırmaq üçün marketlərə baş çəkib. Qiymətlər hər gün qəpik-qəpik qalxdığından  bəlkə də ilk baxışdan müqayisə etmək çətindir. Ancaq son bir neçə ayı müqayisə etsək vəziyyətin necə dəyişdiyini aydın görə bilərik. 
Qeyd edək ki, artıq hökumət çörəyin bahalaşmasını əsaslandırdığı üçün bəzi şirkətlər çörəyi 70-80 qəpiyə qaldırıblar. Unun kiloqramı 60-70 qəpik, bağlamalarda satılan unlar 1.20 manatdan başlayır. 

Bir chow mein görseli olabilir

Ən çox bahalaşma şəkər tozunun qiymətindədir. Bir neçə ay öncə 85 qəpiyə satılan şəkər tozunun kiloqramı sonradan 1.15 manata qalxdı, hazırda isə 1.35 manatadır, göründüyü  kimi ötən 1 ildə şəkər tozu 50 qəpik, yəni 60-65 faiz bahalaşıb.
Un məhsullarından makaranların da qiyməti qalxıb. Ənənəvi firmaların məhsulları əgər əvvəl 95 qəpik idisə , artıq 1.45 qəpikdir. Hətta makaronların düzüldüyü vitrinin önündə gördüyü qiymətlərdən şok keçirən vətəndaş da gördük. Bizim söhbətində bildirdi ki, ailəsinin çox cüzi gəliri olduğu üçün ailənin əsas qidası makarondur və o da 50 qəpik bahalaşıb. Bu da 50 faizdən çox qiymət artımı deməkdir. 

Bir yiyecek ve iç mekan görseli olabilir

Yağlardakı bahalaşma isə dodaq uçuqladır. Azərbaycanda kərə yağı adı altında satılan yağlar , eləcə də duru yağların əksəriyyəti xaricdən gətirildiyi üçün daha sürətlə bahalaşır. Məsələn, 16.50 manata satılan “Ancor” indi 18.90 manatadır. Eynilə digər yağlar da qəpik fərqi ilə təklif olunur. Yağların düzüldüyü vitrinin önündə orta yaşlı bir kişi dəqiqələrlə durdu. Ancaq nə qədər hesabladısa, heç bir məhsuldan almaq imkanında olmadığını gördü. Məyus halda boş səbəti ilə uzaqlaşdı. 
Türkiyə istehsalı olan “Kırlanqıç” qarğıdalı yağının 2 litri son bir neçə ayda 11.60-dən 14.70 manata qalxıb. 
1.80 manata satılan 1 litrlik Milla südü hazırda 2.35 manatadır. 

Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Süd məhsullarından şor və pendirin qiyməti də kəskin artıb. Şorun kiloqramı “Bravo” marketdə 5.90 manat, pendirin kiloqramı isə 8-10 manat arasında dəyişir. Halbuki bir neçə ay öncə marketdə 3-4 manat arasında şor,  6-7 manata pendir tapmaq mümkün idi. 
Hər kəsin sevimli qidası olan üzərində dovşan şəkli olan qatılaşdırılmış süd adətən 1.40 manata, bahalaşandan sonra 1.80 manata idi. İndi isə 2.40 manatdır. Fotolarda bu qiymətlər öz əksini tapıb. 
Konfet və şokoladlarda da 30 faiz üzərində bahalaşma var. 4.85-ə satılan quru çaylar indi 5.30 manatadır. 
Yumurtanın qiyməti 25 qəpikdən bahadır. 
Gündəlik tələbat məhsulları olan sabun, yuyucu tozlar, təmizlik vasitələri, şampunlar, uşaq bezləri də kəskin bahalaşıb. 
22 manata olan Hugges uşaq bezləri artıq 36-40 manata təklif olunur. 10 manata satılan 3 kiloqramlıq Ariel yuyucu tozu 16 manata qalxıb. 90 qəpiklik  Protex sabunları 1.45 manatdır. 

Bir yiyecek görseli olabilir


Meyvə-tərəvəzlərin qiyməti isə başqa bir mövzudur. Əksər kənd təsərrüfatı məhsullarında b u il qıtlıq yaşandı. Məsələn yerli kartof tapmaq müşkülə çevrilib, Gədəbəy kartofu 1.60 manatdır, xarici keyfiyyətsiz kartof 1.20 manata satılır. Kələmin qiyməti hamını şoka salır. Ət bahalaşıb. Meyvələr 2 manatın üzərindədir. Məhsullarda xəstəlik də artıb. Kartof və soğan üzdən sağlam görünür, məhsulu alırsan, kəsdikdə isə kartofun içində qara ləkələr, .soğanın içində çürümə nəzərə çarpır. Baha olmaqla yanaşı məhsullar həm də keyfiyyətsizdir. 
Göründüyü kimi son bir neçə ayda qiymətlər elə sürətli bir artım tempi götürüb ki, əhalinin gəlirləri bütünlüklə ərzağa xərclənsə belə yenə də rifah səviyyəsi aşağı düşüb. Hökumət isə nəinki bahalaşmanın qarşısını almır, əksinə son addımlar, rüsumların artırılması, kommunal xərclərin artımı, cərimə siyasəti və sair durumu daha da ağırlaşdırır. 

Bir 1 kişi görseli olabilir

 



Xəbər xətti