Masallıda şəhid ailəsinə ev inşa olundu - İcra başçısı baş çəkdi VİDEO

17:36 25 May 2026

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qodman kəndində l Qarabağ müharibəsi şəhidi Rahim Zərbiyevin ailə üzvləri üçün inşa olunan evdə aparılan təmir işləri ilə yerində tanış olub.

Sitat.info-ya verilən məlumata görə, rayon rəhbəri görülən işləri yüksək qiymətləndirib, tikinti və təmir prosesinin keyfiyyətlə aparılmasının vacibliyini vurğulayaraq işlərin daha da sürətləndirilməsi istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verib.

Şəhid atası Oktay Zərbiyev onlar üçün inşa olunan evə və aparılan təmir işlərinə görə İlham Əliyevə, Mehriban Əliyevaya və rayon rəhbərliyinə təşəkkürlərini bildirib.

Bildirək ki, ümumilikdə şəhid və qazi ailələrinə 11 mənzil tikilib.

Məğrur,

Sitat.info



Xəbər xətti