Paşinyan əsirləri alandan sonra sözündən döndü: Bakının cavabı ağır olacaq

19:40 8 Fevral 2022

"Ermənistan XİN sözçüsünün dedikləri və Azərbaycan XİN-in cavabı göstərdi ki, İrəvan 8 erməninin qarşılığında kütləvi məzarlıqların koordinatlarının verilməsi anlaşmasından imtina edir. Vaan Unanyan deyir ki, bu məsələdə təktərəfli öhdəlik götürməyiblər, lakin 8 erməninin qarşılığında məzarlıqların koordinatının verilməsi razılaşmasını təkzib etmir. Rəsmi Bakının etiraz açıqlaması da razılaşmanın olduğunu təsdiqləyir".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. 

O bildirib ki, İrəvan faktiki 8 ermənini aldıqdan sonra öhdəliyindən imtina edir və bununla Bakıda saxlanılan digər ermənilərin qaytarılması şansını da sıradan çıxarır: " Hərçənd, məsələ təkcə bununla yekunlaşmır. Çünki görüşdə Bakıdan başqa digər tərəflər istədiyini praktiki olaraq aldı:

- Fransa Avropa İttifaqına sədrlik edən ölkə kimi vasitəçilik missiyasını yerinə yetirdi;

- Ermənistan 8 erməninin qaytarılmasına nail oldu;

İrəvan öhdəliyini yerinə yetirməsə, Bakının cavabının diplomatik etirazla məhdudlaşacağı inandırıcı görünmür. Müharibədən sonrakı təcrübə də bu ehtimalı güclənidirir".



Xəbər xətti