"Azov" döyüşçüləri Mariupola qayıtmağı hədəfləyir: “Lazım olsa, 20 il gözləyəcəyik”

12:54 18 İyun 2026

Ukraynanın “Azov” korpusu Mariupolun geri qaytarılmasını uzunmüddətli məqsəd kimi qarşısına qoyub.

Sitat.info xəbər verir ki, 2022-ci ildə şəhərin müdafiəsi zamanı ağır itkilər verən və yüzlərlə döyüşçüsü əsir düşən bölmə indi Rusiyanın işğal olunmuş ərazilərdəki hərbi-logistika infrastrukturuna zərbələri artırır.

Son günlərdə Azovun pilotsuz uçuş aparatları Mariupol limanında elektrik yarımstansiyaları, təmir obyektləri və sanksiyaya məruz qalmış gəmiləri hədəfə alıb. Ukrayna tərəfi hücum nəticəsində limanda elektrik enerjisinin kəsildiyini bildirib.

Azov korpusunun qərargah rəisi Arsen Dmıtrikin sözlərinə görə, Mariupolun azad olunması “uzun oyun”dur və bunun üçün illərlə hazırlıq aparılacaq. O bildirib ki, bölmə gələcəkdə də oxşar əməliyyatları davam etdirəcək.

Ukrayna qüvvələri xüsusilə Mariupol və Donetsk istiqamətində Rusiyanın yanacaq və hərbi təchizat daşımalarını pozmağa çalışır. Hərbi ekspertlər hesab edirlər ki, bu hücumlar Rusiyanın cəbhədəki əməliyyat tempini zəiflədə bilər.

Son illərdə genişlənən Azov korpusu hazırda on minlərlə hərbçidən ibarət böyük hərbi birləşməyə çevrilib.

Bölmə Mariupolun geri qaytarılacağına inandığını və əsir düşmüş döyüşçülərinin azad edilməsini əsas prioritetlərdən biri hesab etdiyini bildirir.

Nigar,

Sitat.info

 



Xəbər xətti