ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmanı tənqid edənlərə sərt cavab verib. O, tətbiq etdiyi siyasətin nəticə verdiyini bildirərək rekord səviyyəyə çatan fond bazarını və neft qiymətlərinin ucuzlaşmasını nümunə göstərib.
Sitat.info xəbər verir ki, o, sosial mediada paylaşdığı mesajda, “İrana qarşı kifayət qədər sərt olmadığımı düşünən bu adamlar ya paxıldır, ya pis niyyətlidir, ya da ağılsızdır. Halbuki fond bazarı rekord həddə çatıb, neft qiymətləri isə sürətlə aşağı düşür”, deyə yazıb.
Qeyd edək ki, ABŞ-da bəzi siyasətçilər Tehranla əldə edilən memorandumun Vaşinqton üçün yetərincə uğurlu nəticə olub-olmadığını sual altına alıb. Tramp isə razılaşmanın ABŞ-ın maraqlarına xidmət etdiyini müdafiə edib.
Aytac,
Sitat.info