ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır - CNN

13:20 19 İyun 2026

ABŞ və İran bu həftə imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi üçün gizli təkliflər üzərində işləyir.

Sitat.info xəbər verir ki, bu barədə CNN telekanalının məlumat yayıb. 

Danışıqlarla tanış olan ABŞ rəsmilərinin bildirdiyinə əsasən, hazırlanan sənədlərdə İranın nüvə proqramı ilə bağlı məsələlərin daha detallı həlli nəzərdə tutulur.

Mənbələr bildirir ki, hazırda “işçi sənədlər” adlandırılan layihələr növbəti mərhələdə rəsmi formatda təqdim ediləcək və tərəflər arasında razılaşdırılacaq.

Bildirilir ki, həmin sənədlər İranın nüvə fəaliyyəti və digər əsas məsələlər üzrə ABŞ-nin tələblərini əks etdirən konkret müddəaları ehtiva edir.

Aytac,

Sitat.info



Xəbər xətti