Venesuelada zəlzələdən sonra mağaza və apteklər talan edildi - Polislər də qoşuldu

12:45 26 İyun 2026

Venesuelada ardıcıl baş verən 7,5 və 7,2 bal gücündə zəlzələlərdən sonra bəzi bölgələrdə talan hadisələri qeydə alınıb.

Sitat.info xəbər verir ki, ölkənin La Guaira və Catia La Mar şəhərlərində zədələnmiş supermarketlər, apteklər və digər mağazalar qarət olunub.

Axtarış-xilasetmə işləri davam etdiyi bir vaxtda yüzlərlə insan dağıntılar altındakı obyektlərə daxil olaraq ərzaq, dərman və digər məhsulları götürüb.

İspaniyanın EFE agentliyinin yaydığı görüntülərdə böyük insan qruplarının supermarket və apteklərin rəflərini qısa müddətdə boşaltdığı əks olunub.

Venezuelanın felaket fırsatçıları Enkazlarda yağma yaptılar

Bəzi sosial şəbəkə paylaşımlarında polis əməkdaşlarının da talan edən şəxslərə qoşulduğu iddia edilsə də, bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Aytac,

Sitat



Xəbər xətti