Son dəqiqə! İsrail bu ölkəyə PUA-larla hücuma keçdi - Ölənlər var

13:26 26 İyun 2026

İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) Qəzza zolağının şimalındakı Cəbəliyə əl-Bələd bölgəsinə zərbəsi nəticəsində ölənlər var.

Sitat.info xəbər verir ki, "Əl-Cəzirə" bu barədə ərazidə çalışan təcili tibbi yardım və fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində iki nəfər hadisə yerində ölüb. Hadisənin təfərrüatları və ölənlərin kimliyi hələlik açıqlanmayıb.

İsrail ordusu hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.

Aytac,

Sitat



Xəbər xətti