Qərbin iqtisadi inkişafının arxasında duran QANLI TARİX - Afrika və Karib ölkələri ədalət istəyir...

09:45 29 İyun 2026

Afrika və Karib ölkələri bəşəriyyət tarixində ən böyük cinayətlərdən biri hesab edilən transatlantik kölə ticarəti üçün Qərb dövlətlərindən təzminat və borcların bağışlanmasını tələb ediblər. Qananın Akkra şəhərində 80-dən çox ölkənin nümayəndələrinin qatıldığı konfransda qəbul edilən 19 maddəlik plan köləlikdən qazanc əldə edən ölkələrin tarixi məsuliyyəti öz üzərinə götürməsini tələb edirdi.

Afrika Birliyi (AU) və Karib Birliyi (CARICOM) tərəfindən Qananın Akkra şəhərində təşkil edilən üç günlük konfransda Qərb dövlətlərindən köləliyə görə məsuliyyəti yeni səviyyəyə qaldırmaq çağırışları səsləndirilib. 80-dən çox ölkədən dövlət başçıları, hökumət nümayəndələri, tarixçilər, hüquqşünaslar və vətəndaş cəmiyyəti təşkilatları iştirak ediblər. Görüşün sonunda qəbul edilən 19 maddəlik qlobal ədalət planına rəsmi üzr istəmək, maliyyə təzminatları, borc bağışlanması, oğurlanmış mədəni əsərlərin geri qaytarılması və Qlobal Cənub ölkələrinin beynəlxalq maliyyə qurumlarında daha geniş təmsil olunması tələbləri daxil idi. Qlobal Cənub ölkələri dörd əsr davam edən və milyonlarla insanı kölələşdirən bir tarix üçün məsuliyyət tələb edirlər.

400 illik kölə ticarəti... 

Verilən tarixə görə, transatlantik kölə ticarəti təxminən 400 il davam edib. XV əsrin sonlarından XIX əsrin sonlarına qədər ən azı 12,5 milyon afrikalı Avropa gəmiləri ilə Amerika qitəsinə zorla aparılıb. Atlantik okeanını keçərkən xəstəlik, aclıq, işgəncə, susuzluq və sərt şərait səbəbindən təxminən 1,8 milyon insan həyatını itirib. Tarixdə "Orta Keçid" kimi tanınan dəniz səyahətlərində insanlar gəmilərin anbarlarına zəncirlənib, həftələrlə günəş işığı olmadan saxlanılıb və qeyri-insani şəraitdə daşınıb.

Tədqiqatlara görə, kölə kimi istifadə edilən afrikalılar Amerikada, əsasən Braziliya, Karib dənizi və ABŞ-da plantasiyalarda işləməyə məcbur ediliblər. Şəkər, pambıq, tütün və qəhvə istehsalından əldə edilən kütləvi kapital yığımı sonralar Avropa sənayesinin inkişafında mühüm rol oynayıb. Tarixçilər müstəmləkə dövründə İngiltərə, Fransa, Hollandiya, ABŞ, İspaniya və Portuqaliyanın iqtisadi yüksəlişində kölə əməyinin həlledici rol oynadığı ilə razılaşırlar. Konfransda çıxış edən liderlər həmçinin vurğuladılar ki, bu gün qlobal gəlir bərabərsizliyinin kökləri müstəmləkəçilikdə və köləlik sistemindədir.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən mart ayında qəbul edilmiş qətnamədə kölə afrikalıların insan alveri "bəşəriyyətə qarşı ən ağır cinayət" kimi tanınıb. 

Konfransın sonunda qəbul edilmiş 19 bəndli plana rəsmi və qeyd-şərtsiz üzr istəmək, ədalətli maliyyə kompensasiyası, borcun silinməsi, qlobal kompensasiya fondunun yaradılması, oğurlanmış əsərlərin qaytarılması, insan qalıqlarının qaytarılması və iqlim ədalətinin maliyyələşdirilməsi kimi müddəalar daxildir. Kölə ticarətində istifadə edilən qalaların xatirə yerlərinə çevrilməsi də tələblər arasındadır. Birləşmiş Millətlər Təşkilatının mart ayında qəbul etdiyi qətnamədə kölə afrikalıların insan alveri "bəşəriyyətə qarşı ən ağır cinayət" kimi tanınıb.

ABŞ və İsrail etiraz edir...

2026-cı ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən qətnamə 123 ölkənin dəstəyini qazanıb. Bunun əksinə olaraq, ABŞ, İsrail, Argentina və bəzi Avropa ölkələri də daxil olmaqla ümumilikdə 52 ölkə qətnaməyə qarşı çıxıb və ya bitərəf qalıb. Akkra konfransının sonunda yaradılan yeni beynəlxalq panellərin təzminat və tarixi ədalət tələblərini Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının növbəti sessiyasına çıxarması gözlənilir.

Aytac,

Sitat.info



Xəbər xətti