ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Hegset və Baş Qərargah rəisi Den Kin də daxil olmaqla yüksək rütbəli rəsmilərlə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq variantını nəzərdən keçirib.
Sitat.info xəbər erir ki, bununla bağlı "The Washinton Post" qəzeti yazıb.
Müzakirələr İranla bağlı "işi bitirmək" mövzusuna yönəlib.
Tramp hazırda hələ də diplomatiya yoluna üstünlük verir və yekun qərar verməyib.
O, genişmiqyaslı hücumların diplomatik prosesə mane ola biləcəyini və İranın nüvə proqramının ləğvi səylərinə zərər vuracağını düşünür.
Tramp hələlik razılaşmaların pozulacağı təqdirdə İrana qarşı məhdud zərbələrin endirilməsi əmrini kifayət hesab edir.
Bununla belə, bu müzakirələr göstərir ki, o, danışıqlardakı dalandan çıxmaq yollarını axtarır və hərbi variantı tamamilə istisna etməyib.
O, danışıqların 18 avqust tarixinə olan son möhləti keçməsindən narahat olmadığını bildirib.
Aytac,
Sitat.info