Bakıda yük maşını "zapravka"ya çırpıldı: Yaralananlar var - FOTO

11:24 9 İyul 2026

Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib.

Sitat.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb.

SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və "KIA" markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.




Xəbər xətti