İyulun 10-da ölkə ərazisində qeydə alınan 42 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 83 nəfər saxlanılıb. Onlardan 65-i borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotiklərlə əlaqəli 21 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 2 fakt müəyyən olunub.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 45 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.