İsrailə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda yerləşən əl-Mansuri bələdiyyəsinə səs bombası atıb.
Sitat.info xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Tir rayonunun əl-Mansuri bələdiyyəsi ərazisində baş verib.
Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb. İsrail tərəfi isə insidentlə bağlı açıqlama verməyib.