Rusiya ordusu bu istiqamətdə irəlilədi – Baçevski ələ keçirdi

13:29 11 İyul 2026

Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətində yerləşən Baçevsk kəndi üzərində nəzarəti ələ keçirdiyini bildirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, "Şimal" Qüvvə Qrupunun bölmələri həyata keçirdikləri əməliyyatlar nəticəsində Baçevsk kəndinə nəzarəti təmin ediblər.

Ukrayna tərəfi isə hələlik Rusiya Müdafiə Nazirliyinin bu iddiası ilə bağlı rəsmi açıqlama verməyib.

Ayla,

Sitat.info



Xəbər xətti