DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq

16:15 11 İyul 2026

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq.
 
Sitat.info xəbər verir ki, əvvəlcə Norveç - İngiltərə matçı baş tutacaq.
 
1/4 finala Argentina və İsveçrə milliləri arasında keçiriləcək qarşılaşma ilə yekun vurulacaq.
 
Cütün qalibləri yarımfinalda üz-üzə gələcəklər.
 
DÇ-2026
 
1/4 final
 
12 iyul
 
01:00. Norveç - İngiltərə
 
Baş hakim: Kleman Türpen (Fransa).
 
Mayami stadionu
 
05:00. Argentina - İsveçrə
 
Baş hakim: Joau Pedru Pineyru (Portuqaliya)
 
Kanzas stadionu
 
Qeyd edək ki, 1/4 finalın daha öncə baş tutan ilk iki görüşündə Fransa Mərakeşi (2:0), İspaniya isə Belçikanı (2:1) məğlub edib. Bu oyunlarda qalib gələn komandalar yarımfinalda üz-üzə gələcəklər.



Xəbər xətti