Xaçmazda sürücü sükan arxasında ölüb, avtomobil gölə düşüb

16:50 11 İyul 2026

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində su hovuzuna içərisində 1 nəfərin olduğu avtomobilin düşməsi barədə məlumat daxil olub.
 
Sitat.info xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
 
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.
 
Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Kərimov Rafiq Paşa oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



Xəbər xətti