ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb

17:24 11 İyul 2026

İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb.
 
Sitat.info xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
 
"İyulun 8 və 9-da ABŞ tərəfindən ölkənin altı şəhərinə endirilən aviazərbələr nəticəsində 115 nəfər yaralanıb. Əfsuslar olsun ki, 17 vətəndaşımız həlak olub", - deyə o qeyd edib.
 
Xatırladaq ki, bundan əvvəl Kermanpur 14 nəfərin öldüyü və 78 nəfərin yaralandığı barədə məlumat vermişdi.



Xəbər xətti