İrandan cavab hücumu: Bölgədəki ABŞ bazalarına zərbələri endirir

08:55 13 İyul 2026

İran ordusu ABŞ hücumlarına cavab olaraq bölgədəki "düşmən bazaları"na genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumları həyata keçirdiyini bildirib.

Sitat.info xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, Bəhreyndəki Şeyx İsa Hərbi Hava Bazasında ABŞ ordusuna məxsus helikopter təmir mərkəzləri, P-8 elektron müharibə təyyarəsinin anqarı və PUA komanda mərkəzi, həmçinin İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasında yerləşən raket anbarları və yanacaq obyektləri hədəfə alınıb.

Bəyanatda Küveytdəki Əli əl-Salem bazasında yanacaq anbarları və Patriot hava hücumundan müdafiə sistemi, eləcə də Əhməd əl-Cabir bazasındakı strateji FPS radarının da vurulduğu bildirilib.

SEPAH cavab əməliyyatlarının davam edəcəyini açıqlayıb.

Bəhreyndə hava hücumu təhlükəsi ilə əlaqədar xəbərdarlıq siqnalları səsləndirilib, əhaliyə təhlükəsiz yerlərə getmək tövsiyə olunub. Yerli KİV isə raket hücumlarından sonra İordaniyanın paytaxtı Əmmanda uçuşların müvəqqəti dayandırıldığını yazıb.

Nigar,

Sitat.info



Xəbər xətti