İran Hörmüz boğazında iki tankerə hücum edib 

09:54 14 İyul 2026

BƏƏ Müdafiə Nazirliyi İranın Hörmüz boğazında BƏƏ-yə məxsus iki supertankerə hücum etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, məlumata görə, hücum nəticəsində Hindistan vətəndaşı olan bir heyət üzvü həlak olub, daha səkkiz nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Yaralananlar arasında altı Hindistan və iki Ukrayna vətəndaşı var.

Bundan əvvəl İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) iki supertankerə qarşı əməliyyat həyata keçirildiyini təsdiqləyərək, gəmilərin naviqasiya sistemlərinin sıradan çıxarıldığını və onların “qanunsuz və minalanmış marşrutlar” üzrə ABŞ qüvvələrinin dəstəyi ilə hərəkət etdiyini iddia edib.

SEPAH beynəlxalq gəmiçilik şirkətlərini ABŞ ilə əməkdaşlıq etməməyə çağıraraq, belə marşrutların maddi itkilərə səbəb olduğunu, Hörmüz boğazında gəmiçiliyin bərpasını ləngitdiyini və qlobal enerji böhranını dərinləşdirdiyini bildirib. 

Nigar,

Sitat.info



Xəbər xətti