Braziliya prezidenti Trampı "dəniz qulduru" adlandırdı

10:50 14 İyul 2026

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən bütün yüklərdən 20 faiz tranzit haqqı alınacağı barədə açıqlamasına "dəniz quldurluğu" adlandırıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Lula bildirib ki, uzun illər dəniz quldurluğuna qarşı mübarizə aparan ABŞ-ın belə addım atmağa haqqı yoxdur. Onun sözlərinə görə, ABŞ-ın İrana hücumundan əvvəl Hörmüz boğazı açıq idi və hazırkı vəziyyətə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.

Braziliya lideri həmçinin Tramp administrasiyasını böhranı qazanc mənbəyinə çevirməkdə ittiham edib. O vurğulayıb ki, Yaxın Şərqdəki müharibə dünya iqtisadiyyatına ciddi zərbə vurur, neft bahalaşdıqca ərzaq məhsullarının qiymətləri də artır.

Xatırladaq ki, Donald Tramp ABŞ-ın Hörmüz boğazında dəniz blokadasını bərpa etdiyini və təhlükəsizlik xərclərini əsas gətirərək boğazdan keçən bütün yüklərdən 20 faiz tranzit haqqı tutulacağını açıqlayıb.

Nigar,

Sitat.info



Xəbər xətti