Venesuelada ölənlərin sayı 4561-ə çatıb.

14:15 14 İyul 2026

Venesuelada 24 iyunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4561 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez bu xəbəri sosial media hesabında açıqlayıb.

O, ölənlərin sayının 71 nəfər artaraq 4561 nəfərə, yaralıların sayının isə 16740 nəfərə çatdığını bildirib.

Rodrigez həmçinin 128 min ailəyə humanitar yardım çatdırıldığını və zərər dəymiş ərazilərdə yaradılan müvəqqəti çadır düşərgələrinin sayının 107-ə çatdığını deyib.

Aytac,

Sitat.info



Xəbər xətti