ABŞ-dan İrana növbəti zərbəi: 3 nəfər öldü

14:34 14 İyul 2026

ABŞ-ın İranın cənubuna endirdiyi yeni hava zərbələri nəticəsində üç nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ ordusunun Hörmüzqan əyalətinə hücumu zamanı Ətraf Mühitin Mühafizəsi Xidmətinin əməkdaşının ailə üzvləri – iki oğlu və gəlini həlak olub.

Bildirilir ki, hücum nəticəsində ətraf mühitin mühafizəsi bazası və yem anbarı da vurulub.

Qeyd edək ki, ABŞ ordusu iyulun 8-dən etibarən İrana qarşı silsilə hücumlar həyata keçirir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bunu İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı fəaliyyəti ilə əlaqələndirib. Buna cavab olaraq İran Silahlı Qüvvələri Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.



Xəbər xətti