İran Böyük Britaniyanın SEPAH-la bağlı qərarını pisləyib

14:44 14 İyul 2026

İran Böyük Britaniyanın SEPAH-ı təhlükəsizlik təhdidi kimi qələmə verməsini pisləyib. Belə ki, İranın Xarici İşlər Nazirliyi qərarı pisləyərək, bu addımı "əsassız" və "məsuliyyətsiz" adlandırıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, nazirlik bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran silahlı qüvvələrinin rəsmi bir hissəsidir. O,  Böyük Britaniyanı İranındövlət qurumunu hədəf alaraq beynəlxalq hüququ pozmaqda günahlandırıb.

Xatırladaq ki, Böyük Britaniya bazar ertəsi günü xarici dövlətlərin müşahidə və təxribat kimi fəaliyyətlər üçün proksilərdən istifadə etməsinin qarşısını almağa yönəlmiş yeni səlahiyyətlər çərçivəsində SEPAH-a və əlaqəli qrupa dəstəyi qadağan edib.

ABŞ və İsraillə müharibə vəziyyətində olan İran əvvəllər proksilərdən istifadə etdiyini inkar edib.

Seymur,

Sitat.info 



Xəbər xətti