Ukraynada səfərbərlik müddəti uzadıldı

15:18 14 İyul 2026

Ukrayna Ali Radası ölkə üzrə ümumi səfərbərliyin müddətinin daha 90 gün uzadılmasına səs verib.

Sitat.info xəbər verir ki, qərara əsasən, səfərbərlik avqustun 2-dən etibarən oktyabrın 31-dək qüvvədə olacaq.

Qanun layihəsinin lehinə 311 deputat səs verib.

Bundan əvvəl Ali Rada ölkədə hərbi vəziyyətin müddətinin də uzadılmasını təsdiqləyib.

Bu, Ukrayna parlamentinin hərbi vəziyyət və ümumi səfərbərliyin uzadılması ilə bağlı qəbul etdiyi sayca 20-ci qərardır.

Nigar,

Sitat.info 



Xəbər xətti