Ukraynanın Azov və Qara dənizdə həyata keçirdiyi fəaliyyətlər "açıq terrorçuluqdur".
Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Ukrayna rejiminin etdikləri artıq dəniz quldurluğu da da deyil. Dəniz quldurları talan edir və ələ keçirdiklərini özləri üçün saxlayırlar. Bunlar isə saman üstündə yatan it kimidirlər – sadəcə zərər vurur və qorxu yaradırlar. Bu, açıq terrorçuluqdur. Üstəlik, bu yalnız Azov və Qara dənizlə məhdudlaşmır. Eyni vəziyyət Afrika qitəsində də müşahidə olunur", – Lavrov çadlı həmkarı Abdullaye Sabre Fadulla ilə keçirdiyi danışıqlardan sonra deyib.
Rusiyalı nazirin sözlərinə görə, Ukrayna Rusiyaya mümkün qədər çox zərər vurmaq məqsədilə "istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazırdır".
"İstər Afrikada qanuni və xalq tərəfindən dəstəklənən hökumətləri devirməyə çalışan ekstremist qruplar olsun, istərsə də cəmiyyətin digər tör-töküntüləri – Ukrayna onlarla əməkdaşlıq etməyə hazırdır", – Lavrov əlavə edib.
Aytac,
Sitat.info