Pakistanın Xayber Paxtunxva əyalətinin Kohat rayonunda güclü yağışlar nəticəsində evin uçması zamanı 9 nəfər ölüb, 14 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Hadisə zamanı dağıntılar altında qalan 23 nəfərin hamısı xilas edilərək xəstəxanaya çatdırılıb.
Xilasetmə işləri davam edir.