ABŞ-ın Men ştatında İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) keçirdiyi əməliyyat zamanı açılan atəş nəticəsində 26 yaşlı kolumbiyalı Joan Sebastian Gerrero həlak olub.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, miqrantın ABŞ Daxili Təhlükəsizlik Nazirliyi avtomobilin saxlanma tələbinə tabe olmayaraq qaçmağa cəhd etdiyini və əməkdaşların təhlükəsizlik məqsədilə atəş açdığını bildirib.
Miqrant hüquqları təşkilatları isə Gerreronun ABŞ-da qanuni işləmək icazəsinə malik olduğunu açıqlayıb. Hadisədən sonra yüzlərlə insan küçələrə çıxaraq ICE əməliyyatlarına etiraz edib.
Bu, son bir həftə ərzində ICE əməkdaşlarının ölümə səbəb olan ikinci silahlı müdaxiləsi, cari ildə isə federal miqrasiya əməliyyatlarında qeydə alınan dördüncü ölüm hadisəsidir.
Nigar,
Sitat.info