Trampdan İrana yeni hədə: Elektrik stansiyalarını və körpüləri dağıdacağıq

10:12 15 İyul 2026

İranın danışıqlar masasına oturmazsa  ölkənin bütün elektrik stansiyalarını və körpülərini dağıdacağıq. 

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ABŞ-ın İrana qarşı hücumlarını və Hörmüz boğazındakı son vəziyyəti dəyərləndirərkən deyib.

İrana "çox ağır zərbələr endirdiklərini" bildirən Tramp deyib: "Sahil boyunca onların sahib olduğu hər şeyi vururuq. Bu gecə onlara çox ağır zərbə endirəcəyik. Sabah gecə də çox ağır zərbə endirəcəyik. Ondan sonrakı gecə də eyni şeyi edəcəyik. Əgər danışıqlar masasına oturmasalar, bütün elektrik stansiyalarını və bütün körpülərini dağıdacağıq."

ABŞ Prezidenti Hörmüz boğazını "açıq saxlamaq məcburiyyətində olduqlarını" qeyd edib: "Keçid üçün rüsum tətbiq etməyi düşünürdüm. Amma bunun əvəzinə Körfəz ölkələri ABŞ-da böyük məbləğdə vəsait xərcləməyi üstün tuturlar. Açığı, bu daha yaxşıdır."

Tramp həmçinin bildirib ki, Hörmüz istiqamətində əməliyyatlar "özü yetərli olduğunu deyənə qədər" davam edəcək.

O, İranın Fars körfəzində əsas neft terminalı olan Xarq adasınaiki dəfə hücum etdiklərini də  əlavə edib: "Adanı ələ keçirməyə gəlincə, əgər onları kifayət qədər geri çəkilməyə məcbur edə bilsək, bunu edərəm. İranla danışıqlar aparmağın yeganə yolu güc tətbiq etməkdir və  ABŞ-ın da məhz bunu edir. Hörmüz boğazı keçid üçün açıqdır, lakin bu yalnız İran üçün keçərli deyil".

Nigar,

Sitat.info



Xəbər xətti