ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hücum planlarını müzakirə etmək üçün Ağ Evdə müşavirə keçirib.
Sitat.info xəbər verir ki, bu barədə Axios portalı üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, müşavirədə İran ərazisinə, xüsusilə də hazırda Hörmüz boğazı bölgəsində həyata keçirilən zərbələrdən daha genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyü müzakirə olunub.
Görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də iştirak ediblər.
Axios yazır ki, toplantıda İrana endirilən zərbələrin sayının artırılması ilə bağlı planlar nəzərdən keçirilib.
Aytac,
Sitat.info