Venesuelada iyunun 24-də baş verən güclü zəlzələlər nəticəsində həlak olanların sayı 4 734 nəfərə yüksəlib.
Sitat.info xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes məlumat verib.
Bildirilib ki, bu göstərici iyulun əvvəlində açıqlanan rəqəmlə müqayisədə 173 nəfər çoxdur.
Məlumata görə, yaralıların sayı dəyişməyərək 16 740 nəfər təşkil edir. Bundan əlavə, təxminən 18 min nəfər hələ də evsiz qalıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fasilə ilə iki güclü zəlzələ baş vermişdi. Yeraltı təkanların maqnitudası müvafiq olaraq 7,2 və 7,5 bal olub.
Nigar,
Sitat.info