Tovuzda ər arvadını döydü - kişi saxlanıldı

14:50 15 İyul 2026

Tovuz rayon sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.

Araşdırmalar davam etdirilir.



Xəbər xətti