Rusiya Prezidenti Vladimir Putin Misirin xarici işlər naziri Bədr Əbdülatini Kremldə qəbul edərkən Yaxın Şərqdəki gərginliyi iki ölkə üçün ümumi narahatlıq adlandırıb.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Putin bildirib ki, Rusiya Körfəz regionunda vəziyyətin sabitləşdirilməsi və münaqişənin tezliklə həllinə yardım etmək üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.
“Ümid edirik ki, davam edən münaqişə qısa zamanda həll olunacaq. Prezident Donald Tramp da dünən bu məsələyə toxundu. Bir daha vurğulayıram ki, vəziyyətin sabitləşməsi və normal məcraya qayıtması üçün hər cür səyi göstərməyə hazırıq”, – deyə Rusiya lideri bildirib.
Nigar,
Sitat.info