ABŞ İran ərazisinə növbəti zərbələr dalğasına başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Bu gün saat 06:00-da (Bakı vaxtı ilə 14:00 - red.) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana bir sıra zərbələr endirməyə başlayıb. Onlar Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə olunan İran qüvvələrinin hərbi potensialını daha da zəiflətmək məqsədi daşıyır”, - məlumatda deyilir.
ABŞ-ın İrana qarşı yeni hücumlara başlaması göstərir ki, bölgədə gərginlik hələ də davam edir. Vaşinqton bununla İranın Hörmüz boğazındakı hərbi imkanlarını zəiflətməyə çalışır. Bu addım İranın cavab ehtimalını artırır və qarşıdurmanı daha da dərinləşdirə bilər. Çünki Tehran cavab olaraq ABŞ-ın Körfəz ölkələrindək hərbi bazalarını hədəfə alacaq.
Hörmüz boğazında vəziyyətin pisləşməsi dünya bazarında neft qiymətlərinə təsir göstərə bilər. Böhran uzandıqca beynəlxalq ticarət və enerji daşımaları üçün risklər də artır. Buna görə də yaxın günlərdə tərəflərin atacağı addımlar regionun gələcək təhlükəsizlik vəziyyəti üçün həlledici olacaq.
Nigar,
Sitat.info