Hörmüz təhlükəsizlik PİK HƏDDƏ! 7 ticarət gəmisinə hücum edildi

16:20 15 İyul 2026

Hörmüz boğazında təhlükəsizlik vəziyyəti daha da gərginləşib.

Sitat.info xəbər verir ki, gəmi daşımalarını izləyən Kpler şirkətinin məlumatına görə, çərşənbə axşamı boğazdan 21 gəmi keçib və onların əksəriyyəti xam neft, mayeləşdirilmiş qaz (LPG), metanol və dəmir filizi daşıyıb.

Şirkət bildirib ki, Oman sahilləri yaxınlığında daha üç hücum təsdiqlənib. Bununla da bölgədə qeydə alınan hücumların sayı 56-ya, həlak olan dənizçilərin sayı isə 17-yə çatıb.

Kpler qeyd edib ki, Oman marşrutundan istifadə edilməməsi bu dəhlizə etimadın azaldığını göstərir və gəmiçilik şirkətləri daha çox İranın təsdiqlədiyi marşrutlara üstünlük verirlər. Şirkətin qiymətləndirməsinə görə, Hörmüz boğazı hələ də açıqdır, lakin fəaliyyət şəraiti getdikcə daha mürəkkəb və qeyri-sabit xarakter alır.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper isə bildirib ki, İran son yeddi gün ərzində qəsdən 7 kommersiya gəmisinə hücum edib. Onun sözlərinə görə, nəticədə 10-a yaxın mülki ekipaj üzvü həlak olub, yaralanıb və ya itkin düşüb.

Seymur,

Sitat.info



Xəbər xətti