Avropa liderləri Kiyevdə: Zelenski ilə görüş və regional sammit keçiriləcək

16:40 15 İyul 2026

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Kiyevə səfər edib.

Sitat.info Tass-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu, fon der Lyayenin 2022-ci ilin fevralından bəri Ukraynaya 11-ci səfəridir.

Kiyevə, həmçinin Moldova Prezidenti Maya Sandu, Rumıniya Prezidenti Nikuşor Dan, Sloveniyanın Baş naziri Yanez Yanşa, Monteneqro Prezidenti Yakov Milatoviç, Serbiya Prezidenti Aleksandar Vuçiç və Albaniya Prezidenti Bayram Beqay da gəlib.

Liderlərin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü və Cənub-Şərqi Avropa sammitində iştirakı nəzərdə tutulur.



Xəbər xətti